Ballıqaya Xocalı rayonu ərazisində Qaragav kəndi yaxınlığında, Qarabağ silsiləsinin şimal-şərq yamacında, Qırxqız yaylası sahəsində yerləşən yüksəklikdir. Ballıqaya toponimi bal komponentindən və qaya müsbət relyef forması ifadə edən terminindən ibarətdir. Qayadakı kiçik təbii oyuqlarda vəhşi bal arılarının çoxlu pətək salması ilə əlaqədar dağ belə adlandırılmışdır. Ballıqaya toponimi “bal arısının yuvası olan qaya” mənasındadır.
“Müqəddəs yurd: Xocalı” adlı kitabdan